"Belə vəziyyətdə bu oyunun keçirilməsi cinayət idi"

29 Mart 2020 15:04 İngiltərə 381
"Belə vəziyyətdə bu oyunun keçirilməsi cinayət idi"

“Everton”un baş məşqçisi Karlo Ançelotti “Liverpul”lu həmkarı Yurgen Kloppla söhbətini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssislərin söhbəti “Liverpul”un ÇL-in 1/8 finalında “Atletiko” ilə keçirdiyi cavab qarşılaşmasından sonra olub.

Bu qarşılaşmadan sonra koronavirusa görə ÇL-də fasilə verilib. Klopp Ançelotti ilə söhbətdə bu qarşılaşmanın keçirilməsini cinayət adlandırıb:

“Klopp mənimlə söhbətdə dedi ki, belə vəziyyətdə bu oyunun keçirilməsi cinayət idi. Və hesab edirəm ki, həmkarım haqlıdır

İndi ən önəmlisi sağlamlıq və virusla mübarizədir, qalan hər şey ikinci dərəcəlidir. Mən mövsümün nə vaxt bərpa oluncağaı ilə bağlı heç bir narahatlıq keçirmirəm”.

“Liverpul” iki oyunun nəticəsinə görə “Atletiko”ya məğlub olaraq, mübarizəni dayandırıb – 0:1, 2:3.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"