“Seçkilərin işıqlandırılması üçün bütün imkanlar yaradılıb” - Əhməd İsmayılov

11 Yanvar 12:10 İngiltərə 540
“Seçkilərin işıqlandırılması üçün bütün imkanlar yaradılıb” - Əhməd İsmayılov

“Seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb”.

Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi əzmkarlığı və qətiyyəti sayəsində Vətən müharibəsi zəfərlə başa çatıb.

Qurum sədri bildirib ki, milli maraqlarımıza xidmət edən müstəqil medianın inkişafının dövlətin əsas prioritetləri sırasında dəyərləndirən Prezident jurnalist əməyinə daim yüksək qiymət verib, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq auditoriyaya çatdırılmasında medianın rolunu xüsusi qeyd edib.

Ə.İsmayılov qeyd edib ki, seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb:

“Yeri gəlmişkən dünən İlham Əliyev yerli televiziya kanllarımızın əməkdaşlarına verdiyi əhatəli və konseptual xarakterli müsahibəsində növbədənkənar prezident seçkilərini zəruri edən amillərlə bağlı öz dəyərli fikirlərini bildirib, bu mərhələni dövləçilik tariximizidə yeni dövrün başlanğıcı adlandırıb.

Dövlət başçımızın da vurğuladığı kimi, prezident seçkiləri dövlətçilik tariximizin yeni dövrünə, yeni inkişaf mərhələsinə xeyir-dua verəcək”.

Digər Xəbərlər
Xəbər Lenti