“Qarabağ”Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdiyi matçda (2:1) iki oyunçusunu itirib.
Qarşılaşmanın 76-ci dəqiqəsində Riçard Almeydanın əvəzinə meydana çıxan və Juninyoya qol pası verən Yasin Benzia 8 dəqiqə sonra zədələnərək görüşü davam etdirə bilməyib.
Fransalı yarımmüdafiəçi rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb.
Ağdam təmsilçisi 5 əvəzetmənin hamısından istifadə etdiyi üçün matçı 10 nəfərlə tamamlamaq məcburiyyətində qalıb. Çünki ondan qabaq digər “Qarabağ”lı Redon Cica da zədə səbəbindən 63-cü dəqiqədə əvəzlənib.
Benziaın Avropa Liqasının pley-off mərhələsində «Braqa»ya qarşı ilk matçda iştirakı sual altına düşüb. Fransalı Qəbələdə beyin silkələnməsinə məruz qalıb. Üstəlik, baş nahiyəsinə tikiş atılıb.
O, hər ehtimala qarşı MRT-dan keçəcək və bundan sonra sağlıq durumunun nə yerdə olması dəqiqləşəcək.
Ağdam təmsilçisi fevralın 15-də Portuqaliyada adıçəkilən komandanın qonağı olacaq. Ondan bir həftə sonra isə Bakıda cavab qarşılaşması keçiriləcək.
SPORTİNFO.AZ

