"Mançester Siti" hörmətə layiqdir" - "Liverpul"un kapitanı

10 Noyabr 2019 17:57 İngiltərə 595
"Mançester Siti" hörmətə layiqdir"  -

"Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson çempionluq mübarizəsində əsas rəqibləri olan "Mançester Siti" haqqında danışıb. Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, kapitan rəqibə hörmət etdiklərini deyib:

"Mançester Siti" haqqında fikrimizi bir kəlimə ilə soruşsanız, deyərdim ki, "hörmətlə yanaşırıq". Son mövsümlərdə "Mançester Siti" ilə gərgin rəqabət aparırıq. Həm daxili yarışda, həm də Avropada. Amma komanda kimi onlara hörmətimiz var. "Mançester Siti" böyük hədəflərə çatıb. Sağlam rəqabət üçün rəqiblərinin uğularını və nəticələrini görməlisən.

Məsələn, mən jurnalistlərin "sizin üçün Premyer Liqa daha önəmlidir, yoxsa Çempionlar Liqası" sualını başa düşə bilmirəm. Sizi əmin edirəm ki, hər iki düşərgədə eyni cavabı eşidəcəksiniz, "biz bütün turnirlərdə qalib gəlmək istəyirik".

Qeyd edək ki, 12-ci turun son oyununda bu gün "Liverpul" - "Mançester Siti"ni qəbul edəcək. Görüş saat 20:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti