“Bu, indiyə qədər gördüyüm ən zəif komandadır, artıq dibə vurublar”

03:20 İngiltərə 1 427
“Bu, indiyə qədər gördüyüm ən zəif komandadır, artıq dibə vurublar”

“Mançester Yunayted”in sabiq futbolçusu Niki Batt komandanı “Liverpul”a 0:4 hesablı məğlubiyyətə görə tənqid edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın heyətinin çox zəif olduğunu deyib:

“Bu oyuna çıxmazdan əvvəl yeni baş məşqçinin gəlişinin komandanı ruhlandıracağına ümid edirdik. Lakin çox yanıldıq.

Bu, fiziki hazırlıq baxımından indiyə qədər gördüyüm ən zəif “Mançester Yunayted”dir. Halbuki mən bu klubu çoxdan izləyirəm. Bu, artıq dibə vurmaq deməkdir. Hazırkı reallıq budur”.

Bu yaxınlarda argentinalı mütəxəssis Maurisio Poçettino “Mançester Yunayted”in baş məşqçisi təyin olunub

. Komanda İngiltərə Premyer Liqasında 11 turdan sonra 8 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış