“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister klubla müqaviləsini yeniləmək niyyətindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Tərəflər artıq yeni müqavilə ilə bağlı danışıqlara başlayıblar. 27 yaşlı futbolçu komandada qalmaqda maraqlıdır və müqavilənin müddətinin uzadılması prosesinin sürətlənməsinə çalışır.
Daha əvvəl Makallister “Liverpul”un onun xidmətində maraqlı olmadığını və yeni müqavilə təklif etmək istəmədiyini bildirmişdi. Ancaq görünür, vəziyyət dəyişib.
Argentinalı futbolçu cari mövsümdə bütün turnirlərdə 17 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Liverpul”la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
