“Lester” titul sponsoru olan “BC.Game” şirkəti ilə əməkdaşlığı dayandırıb.
Sportinfo.az xəbər verir ki, buna səbəb bukmeker şirkətinin rusiyalı pornoaktrisa Eva Elfini səfir təyin etməsi olub.
Klubun azarkeş birliyi “The Foxes Trust” bu tərəfdaşlığı tənqid edərək “Lester”in öz dəyərlərinə xəyanət etdiyini bildirmişdi.
Tərəflər qarşılıqlı razılıq əsasında kommersiya əməkdaşlığını dərhal dayandırmaq qərarına gəliblər.
“Lester”in açıqlamasında bu qərarın son günlər aparılan danışıqlardan sonra qəbul edildiyi və tərəflərin gələcək kommersiya prioritetlərinin fərqli olduğu bildirilib.
Klub həmçinin “BC.Game” ilə iki il yarımlıq əməkdaşlığa görə şirkətə təşəkkür edib. Son 28 gündə sponsor loqosu olan forma alan azarkeşlər dekabrın 2-dək məhsulu geri qaytararaq pulunu ala və ya başqa forma ilə dəyişə biləcəklər.

