16,1 milyon avro təzminat ödəməlidir - Qovduğu baş məşqçiyə

4 Yanvar 20:25 İngiltərə 255
16,1 milyon avro təzminat ödəməlidir - Qovduğu baş məşqçiyə

Sportinfo.az xəbər verir ki, “Çelsi” keçmiş baş məşqçisi Enzo Mareskaya müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə görə 14 milyon funt-sterlinq (16,1 milyon avro) təzminat ödəməlidir.

İtalyan məşqçinin klubla müqaviləsinin müddəti 2029-cu ilə qədər – bir mövsümlük uzadılma imkanı ilə idi.

Yanvarın 1-də London klubu Mareskanın qovulduğunu elan edib.

45 yaşlı məşqçi “Çelsi” rəhbərliyinə onun nüfuzuna xələl gətirdiyinə görə o qədər qəzəblənib ki, işdən çıxarılma şərtlərini müzakirə etməkdən imtina edib.

Mareska həkimlərin göstərişlərinə baxmayaraq, klub rəhbərliyinin oyunçuların sağlamlığını riskə ataraq onları oynamağa məcbur etmək təkliflərindən də qəzəblənib.

Onun komandanın start heyəti və əvəzetmələrlə bağlı da klub rəhbərliyi ilə fikir ayrılığı olub.

Mareska 2024-cü ilin yayından London klubunun baş məşqçisi vəzifəsini icra edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 08:00 Yollar buz bağlayacaq