“Mançester Siti”nin müdafiəçisi Natan Ake Niderland millisinin baş məşqçisi Ronald Kumanla aralarında olan dialoqdan danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, baş məşqçinin ona mütəmadi olaraq daha çox oyun praktikası qazanmağın vacibliyini xatırlatdığını bildirib:
“Ronald Kuman bir neçə dəfə mənə dedi ki, daha çox oynamağımı istəyir və az oyun vaxtı ilə məni milliyə çağırmaq çətindir. Bu, tamamilə aydındır.
Hər bir futbolçu mümkün qədər çox oynamaq istəyir. Mənim deyə biləcəyim yeganə şey odur ki, hər zaman mübarizəni davam etdirirəm”.
30 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 13 oyunda meydana çıxıb.

