Portuqaliyadan 23 milyon avroya hücumçu transfer etdi - Premyer Liqa klubu

4 Yanvar 00:10 İngiltərə 165
Portuqaliyadan 23 milyon avroya hücumçu transfer etdi - Premyer Liqa klubu

"Vest Hem" heyətinə yeni hücumçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Jil Visente"dən Pablo Felipeni rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Çəkicdöyənlər" braziliyalı forvard üçün Portuqaliya klubuna 23 milyon avro təzminat ödəyib. 22 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.

Pablo Felipe bu mövsüm "Jil Visente"nin heyətində meydana çıxdığı 14 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq