Hazırda icarə əsasında “Aston Villa”da çıxış edən “Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un yarımmüdafiəçisi Harvi Elliot çətin vəziyyətdədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” futbolçunu icarədən birtərəfli şəkildə geri çağırmaq imkanına malik deyil, çünki belə bir bənd onun “Aston Villa” ilə müqaviləsində yer almayıb. “
Aston Villa”nın özünün belə bir hüququnun olduğu, lakin icarə vaxtından əvvəl müqavilə ləğv olunarsa, “Liverpul”un kluba cərimə ödəməli olacağı bildirilir.
Hazırkı vəziyyətdə “Liverpul” sadəcə “Aston Villa”nın qərarını gözləməlidir.
22 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 7 oyunda meydana çıxıb və 1 qol vurub.

