Premyer Liqa mənsubu rekord məbləğə transfer etdi

10:40 İngiltərə 125
Premyer Liqa mənsubu rekord məbləğə transfer etdi

“Kristal Pelas” növbəti transferini reallaşdırıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Tottenhem”in vingeri Brennan Consonu heyətinə qatıb.

Qeyd olunub ki, 24 yaşlı vingerin keçidi klub tarixində rekord transferdir. “Kristal Pelas”ın saytı keçidin detallarını açıqlamasa da,

Britaniya mətbuatı Consonun transferinin 40 milyon avroya başa gəldiyini yazıb. Sözləşmənin müddəti 4,5 illikdir.

Uels millisinin üzvü yeni klubunda 11 nömrəli formada çıxış edəcək. O, 2023-cü ildən “Tottenhem”də forma geyinirdi.

Digər Xəbərlər
Xəbər Lenti