Salah yaxın vaxtlarda Səudiyyə Ərəbistanına köçəcəkmi?

20:25 İngiltərə 87
Salah yaxın vaxtlarda Səudiyyə Ərəbistanına köçəcəkmi?

“Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un hücumçusu Məhəmməd Salahın yaxın vaxtlarda Səudiyyə Ərəbistanına köçməsi ehtimalı azdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli ulduzun baş məşqçi Arne Slotla münasibətləri yaxşılaşıb və Səudiyyə Ərəbistanı liqasının rəsmiləri artıq oyunçunu bu qış cəlb edə biləcəklərinə inanmırlar.

Yanvar ayında transfer ehtimalı demək olar ki, istisna olunur, danışıqlar yaya qədər təxirə salınıb.

Dekabr ayında klub və baş məşqçi Slotla fikir ayrılıqları fonunda mətbuatda Salahın Avropadan getmək istəməsiylə bağlı yeni bir şayiə yayılıb.

Forvardın “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti