"Klub rəhbərliyi bizi hər zaman dəstəklədi, daim ruhlandırıcı sözlər dedi"

20:25 İngiltərə 84
"Klub rəhbərliyi bizi hər zaman dəstəklədi, daim ruhlandırıcı sözlər dedi"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın çətin mərhələdə klub rəhbərliyi tərəfindən gördüyü dəstəkdən danışıb.

Sportinfo.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, uğursuz nəticələr fonunda klub rəhbərliyinin daim komandaya inam nümayiş etdirdiyini bildirib:

“Çətinliklərin öhdəsindən necə gəldiyimizlə qürur duyuram. Klub rəhbərliyi bizi hər zaman dəstəklədi, daim ruhlandırıcı sözlər dedi”.

“Mançester Siti” 2025/26 mövsümünə uğursuz start versə də, sonradan vəziyyəti düzəldib.

Komanda Premyer Liqada 18 turdan sonra 40 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Arsenal”dan 5 xal geridir.

Digər Xəbərlər
Xəbər Lenti