Baş məşqçinin klub rəhbərliyi ilə münasibətləri korlandı - Bu gün İSTEFAYA GÖNDƏRİLƏCƏK?

10:15 İngiltərə 100
Baş məşqçinin klub rəhbərliyi ilə münasibətləri korlandı - Bu gün İSTEFAYA GÖNDƏRİLƏCƏK?

“Çelsi” baş məşqçisi Enzo Mareska ilə yollarını bu gün ayıra bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Mümkün istefanın əsas səbəbi Mareskanın klub rəhbərliyi ilə münasibətlərinin tamamilə korlanmasıdır.

Bundan əlavə, “Çelsi” son 9 oyunda cəmi 2 qələbə qazanıb, onlardan yalnız biri son 7 matça təsadüf edir ki, bu da komandanın zəif formasını açıq şəkildə göstərir.

Qalmaqallı məqamlardan biri də Mareskanın “Bornmut”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra keçirilən mətbuat konfransına qatılmaması olub.

Klub bu durumu baş məşqçinin özünü pis hiss etməsi ilə izah etsə də, mediada bunun sadəcə bəhanə olduğu bildirilir.

Hazırda 19 turdan sonra 30 xala malik “Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Qeyri-sabit nəticələr və daxili problemlər Mareskanın gələcəyini ciddi sual altına salıb. Onun komandası UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır