Başqa kluba keçə bilər - “Mançester Yunayted”in iki ulduzu

20:50 İngiltərə 104
Başqa kluba keçə bilər - “Mançester Yunayted”in iki ulduzu

“Mançester Yunayted”in iki futbolçusu yaxın zamanda “Everton”a keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “i Paper” məlumat yayıb.

Liverpul təmsilçisi 20 yaşlı yarımmüdafiəçi Kobbi Mainu və hücumçu Coşua Zirkzenin icarəyə götürülməsi variantını nəzərdən keçirir.

Hər iki futbolçu Ruben Amorimin rəhbərlik etdiyi komandada yetərincə oyun praktikası əldə etməkdə çətinlik çəkir.

Mainu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 12 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Zirkzenin hesabında isə 12 oyun və 1 qol var.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 18 turdan sonra 29 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Everton” isə 25 xalla 12-cidir.

Digər Xəbərlər
Xəbər Lenti