Premyer Liqa təmsilçisi onu 40 milyon avroya satacaq?

10:15 İngiltərə 66
Premyer Liqa təmsilçisi onu 40 milyon avroya satacaq?

“Kristal Pelas” “Tottenhem”in futbolçusu Brennan Consonun transferi üzərində işini davam etdirir.

24 yaşlı vinger hazırda Tomas Frankın rəhbərliyi altında londonluların əsas heyətində sabit yer ala bilmir və bu səbəbdən, yayılan şayiələrə görə, artıq yanvarda klubunu dəyişə bilər.

Sportinfo.az “Mail Sport”-a istinadən xəbər verir ki, “Kristal Pelas” rəhbərliyi Consonun transferini mümkün qədər tez yekunlaşdırmağa ümid edir.

London klubu uelsli futbolçu üçün təxminən 35 milyon funt-sterlinq (təqribən 40 milyon avro) təklif etməyə hazırdır.

Conson “Tottenhem”də daimi oyun praktikasının olmamasından narazıdır, ancaq klubu tərk etməyə də tələsmir. O, cari mövsümdə bütün turnirlərdə keçirdiyi 21 oyunda 4 qol vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti