Milyonlarla avroluq zədəlilər - “Qarabağ”ın rəqibinin problemi

01:40 İngiltərə 64
Milyonlarla avroluq zədəlilər - “Qarabağ”ın rəqibinin problemi

“Liverpul”un baş məşqçisi Arne Slot bildirib ki, yay transfer pəncərəsində xərclənən böyük məbləğlərdən klub hələ tam faydalana bilməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı səbəb kimi isə futbolçuların aldığı ciddi zədələri göstərib.

Onun sözlərinə görə, 125 milyon funt sterlinqə transfer olunan hücumçu Aleksander İsak ayağının qırılması səbəbindən ən azı iki ay olmayacaq.

35 milyon avroya alınan müdafiəçi Covanni Leoni çarpaz bağlarının zədəsi ilə mövsümün sonuna qədər çıxış edə bilməyəcək.

Həmçinin, 35 milyon avro dəyərində olan müdafiəçi Ceremi Frimponq da iki ay zədəyə görə oyunlarda iştirak etməyib.

Slot sonda, xərclədikləri pulla bağlı çox şeyin deyildiyini bildirib:

“Düşünürəm ki, xərclədiyimiz pulla bağlı çox şey deyilib. Təəssüf ki, bütün investisiyamızdan istifadə edə bilmədik, çünki bu oyunçular zədələndi”.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Dekabr 17:50 Çək və bizə göndər!