“Real”ın hədəfindəki hücumçunu istəyir - Premyer Liqa təmsilçisi

19 Dekabr 2025 10:20 İngiltərə 703
“Real”ın hədəfindəki hücumçunu istəyir - Premyer Liqa təmsilçisi

Braziliyanın “Vasko da Qama” klubunun hücumçusu Rayan “Tottenhem”in maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “NT Vascainos” məlumat yayıb.

London klubunun məşqçilər heyəti 19 yaşlı vingeri yaxından izləyir. Klub artıq qış transfer pəncərəsində “Vasqo da Qama”ya rəsmi təklif göndərə bilər.

Ancaq daha əvvəl də xəbər verildiyi kimi, bu keçidə “Real” ciddi maneə yaratmaq niyyətindədir. “Kral klubu” Rayan üçün 50 milyon avro ödəməyə hazırdır.

Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 56 oyuna çıxıb, 20 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü