“Mançester Siti” 20 yaşlı oyunçunu heyətinə qatmaq istəyir - “Mançester Yunayted”dən

22:00 İngiltərə 102
“Mançester Siti” 20 yaşlı oyunçunu heyətinə qatmaq istəyir - “Mançester Yunayted”dən

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu karyerasını Mançesterin başqa klubunda davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” 20 yaşlı oyunçunu komandaya qatmaq istəyir.

“Şəhərlilər” artıq Mainu üçün mübarizəyə başlayıblar. İngiltərəli yarımmüdafiəçi baş məşqçi Ruben Amorim rəhbərliyi altında oyun vaxtından narazıdır.

O, cari mövsümdə bütün turnirlərdə 12 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti