Onunla yolları ayırsalar, bu qərara etiraz etməyəcək

17 Dekabr 2025 00:00 İngiltərə 478
Onunla yolları ayırsalar, bu qərara etiraz etməyəcək

“Çelsi”nin baş məşqçisi Enzo Mareska postundan ayrılmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Topskills Sports UK” məlumat yayıb.

Klub Mareska ilə yollarını ayırsa, o, bu qərara etiraz etməyəcək. Hazırda baş məşqçi ilə rəhbərlik arasında ciddi gərginlik mövcuddur.

Narazılıq əsasən transfer siyasəti ilə bağlıdır. Mareska “Mançester Yunayted”dən Kobbi Mainunu transfer etməyi istəyib, ancaq klub razılıq verməyib.

Belə görünür ki, “Çelsi” baş məşqçi postuna yeni namizədi artıq müəyyən edib və dəyişiklik yanvarda reallaşa bilər.

Londonlular İngiltərə Premyer Liqasında 16 turdan sonra 28 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"