65 milyon avroluq vinger üçün rəsmi təklif göndərdi - “Qarabağ”ın rəqibi

16 Dekabr 2025 15:40 İngiltərə 904
65 milyon avroluq vinger üçün rəsmi təklif göndərdi - “Qarabağ”ın rəqibi

“Bornmut”un vingeri Antuan Semenyo İngiltərə Premyer Liqasının son çempionu “Liverpul”un maraq dairəsinə düşüb.

Sportinfo.az “Indykaila News”-a istinadən xəbər verir ki, mersisaydlılar 25 yaşlı futbolçunun transferi ilə bağlı qarşı tərəfə rəsmi təklif göndəriblər.

Qanalı vinger hücum xəttində “qırmızılar”ın lideri Məhəmməd Salahı əvəzləyə bilər. Misirli oyunçunun klubdakı münasibətlərinin son dövrlər gərginləşdiyi də bildirilir.

Semenyonun bazar dəyəri 65 milyon avro qiymətləndirilir. O, cari mövsümdə “Bornmut”un heyətində 15 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü