“Bir çox müdafiəçi onun haqqında düşünərək yata bilmir”

16 Dekabr 2025 00:00 İngiltərə 586
“Bir çox müdafiəçi onun haqqında düşünərək yata bilmir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi olan Kolo Ture hücumçu Erlinq Haland haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq müdafiəçidən meydanda norveçli ilə qarşılaşacağı təqdirdə, onu necə dayandıracağı soruşulub:

“Deyə bilmərəm. O hissi xatırlayıram, yüksək səviyyəli hücumçuya qarşı oyundan əvvəlki gecə həmişə yatmaqda çətinlik çəkirdim.

Hər oyundan əvvəl Halanda deyirəm: “Bir çox müdafiəçi sənin haqqında düşünərək yata bilmir”.

Haland 2022-ci ildən “Mançester Siti”də forma geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!