Əsas heyətdə yerini itirən yarımmüdafiəçi üçün təklif gözləyir - Premyer Liqa mənsubu

15 Dekabr 2025 22:00 İngiltərə 758
Əsas heyətdə yerini itirən yarımmüdafiəçi üçün təklif gözləyir - Premyer Liqa mənsubu

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte gələn ay klubdan ayrıla bilər. 24 yaşlı futbolçu “qırmızı şeytanlar”ın əsas heyətində yerini itirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi uruqvaylı oyunçu üçün qış transfer pəncərəsində təklifləri nəzərdən keçirməyə hazırdır.

Uqarteyə La Liqa, A Seriyası və Fransa Liqa 1-dən klublar diqqət göstərir.

Uqarte bu mövsüm Ruben Amorim rəhbərliyi altında komandada 11 oyunda iştirak edib, start heyətində isə yalnız üç dəfə meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!