“Mançester Siti”nin müdafiəçisi Ruben Diaş mövsümün bu mərhələsində komandasının səviyyəsi, eləcə də klubun mentaliteti barədə danışıb.
Sportinfoaz xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu daha da inkişaf edə biləcəklərinə inanır:
“Əminəm ki, hazırda çox yaxşı vəziyyətdəyik, amma xeyli inkişaf edə bilərik. Hazırda potensialımızın yalnız 70 və ya 80 faizindən istifadə edirik, bu da o deməkdir ki, böyümək üçün yerimiz var.
Mövsümün bu mərhələsində bu, çox ruhlandırıcı bir hissdir. Hələ də güclənə biləcəyimizi hiss edirəm, amma eyni zamanda, ciddi rəqabət aparmaq üçün artıq kifayət qədər güclü olduğumuzu başa düşürəm.
Bu klubda qalib gəlməmək mümkün deyil. Qazanmasaz, klub rəhbərliyi yenidən qərar verməli olacaq. Bu işin təbiəti belədir və haqlı olaraq belədir.
Mançester Siti”də oynamaq istəyirsizsə, qalib gəlməlisiz. Əks halda, burada olmağa layiq deyilsiz. Üzərimizdə olan bu təzyiq müsbətdir və biz bunu qəbul edirik”.

