İtaliya klubuna icarəyə verilə bilər - “Arsenal”ın hücumçusu

12:20 İngiltərə 83
İtaliya klubuna icarəyə verilə bilər - “Arsenal”ın hücumçusu

“Arsenal”ın hücumçusu Qabriel Jesus karyerasını İtaliya klublarından birində davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” braziliyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

İtaliya klubunun rəhbərliyi forvardı qış transfer pəncərəsində icarəyə götürməyə çalışacaq.

Jesus bu mövsüm “Arsenal”ın heyətində cəmi iki oyunda meydana çıxıb və qol vura bilməyib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti