Ərəblər 100 milyon avrodan çox xərcləməyə hazırdır - Salah “Liverpul”dan getmək istəsə

14 Dekabr 20:50 İngiltərə 113
Ərəblər 100 milyon avrodan çox xərcləməyə hazırdır - Salah “Liverpul”dan getmək istəsə

“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı Pro Liqası klublarının hədəfindədir.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları misirli futbolçunu 114-115 milyon avroya almağa ümid edirlər.

Müqavilə Salahın özü Mersisayd klubunu tərk etmək qərarına gəlsə, mümkün olacaq.

Salahın bir müddət əvvəl komandanın baş məşqçisi Arne Slotla münaqişəsi olub. İki tərəf bu yaxınlarda görüşüb və bundan sonra hücumçu “qırmızılar”ın heyətinə qayıdıb.

Salahın klubla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub. Onun bazar dəyəri 30 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
14 Dekabr 20:00 Çək və bizə göndər!