Hazırda tərəflər razılığa yaxın deyillər - “Qarabağ”ın rəqibi çətin vəziyyətdə

12:00 İngiltərə 121
Hazırda tərəflər razılığa yaxın deyillər - “Qarabağ”ın rəqibi çətin vəziyyətdə

“Liverpul”un müdafiəçisi İbrahima Konate artıq gələn yay azad agentə çevrilə bilər.

Fransalı futbolçunun mersisaydlılarla müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çaacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi ilə Konate arasında danışıqların uzanması “qırmızılar” üçün təhlükəli vəziyyət yaradıb.

Gedişata əsasən, cari mövsüm Konate üçün “Liverpul”dakı son mövsüm ola bilər. Hazırda tərəflər razılığa yaxın deyillər.

Yanvardan etibarən 26 yaşlı müdafiəçi istənilən klubla öncədən müqavilə bağlamaq hüququna malik olacaq.

Konateyə “Real”, “Barselona”, “Bayern” və Avropanın digər klublarının maraq göstərdiyi bildirilir.

O, 2021-ci ildən “Liverpul”un formasını geyinir. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk