Qapıçısı ilə razılığa gəldi, yeni müqavilə imzalayacaq - Premyer Liqa təmsilçisi

14 Oktyabr 2025 10:00 İngiltərə 894
Qapıçısı ilə razılığa gəldi, yeni müqavilə imzalayacaq - Premyer Liqa təmsilçisi

“Everton”un qapıçısı Cordan Pikford klubla müqaviləsinin müddətini uzatmağa qərar verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər yeni, uzunmüddətli anlaşmanın bütün şərtlərində razılığa gəliblər.

Müqavilənin imzalanması bu həftə rəsmi şəkildə elan olunacaq.

31 yaşlı qolkiper 2017-ci ildən “Everton”da çıxış edir. O, cari mövsümdə 7 matçda iştirak edib və eyni sayda qol buraxıb.

Pikford ümumilikdə “Everton”un heyətində bütün turnirlərdə 326 oyuna çıxıb. Onun komandası növbəti qarşılaşmasını oktyabrın 18-də, səfərdə “Mançester Siti”yə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti