Sabiq hücumçusunu geri qaytarmaq istəyib - “Mançester Yunayted”

3 Sentyabr 2025 18:40 İngiltərə 916
Sabiq hücumçusunu geri qaytarmaq istəyib - “Mançester Yunayted”

“Mançester Yunayted” bu yay “Brayton”un hücumçusu Danni Uelbeki transfer etmək variantını nəzərdən keçirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yayda hücum xəttini ciddi şəkildə yeniləyərək, Mateus Kunya, Brayan Mbeumo və Benjamin Şeşko kimi futbolçuları böyük məbləğlərə heyətinə qatıb.

Bununla belə, klub öz yetirməsi olan Uelbekin də namizədliyini araşdırıb.

34 yaşlı forvardın “Old Trafford”a geri dönüşü baş tutmayıb və o, karyerasını “Brayton”da davam etdirəcək.

Uelbek “Mançester Yunayted”in yetirməsidir. 2014-cü ildə o, 20 milyon avroya “Arsenal”a transfer olunub, 2020-ci ildən isə “Brayton”un şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"