“Qarabağ”ın rəqibini “Real”a bənzətdi - Yaxın keçmişin tanınmış oyunçusu

15:40 İngiltərə 168
“Qarabağ”ın rəqibini “Real”a bənzətdi - Yaxın keçmişin tanınmış oyunçusu

“Liverpul”un keçmiş müdafiəçisi Cimi Karrager İngiltərə klubunun bahalı transferlərdən sonra “Real”a çevrildiyini bildirib.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, həmçinin, “qırmızılar”ın hazırda 1970-1980-ci illərdə özünün ən parlaq dövrünü yaşayan, eləcə də Aleks Ferqyusonun rəhbərlik etdiyi “Mançester Yunayted”, Roman Abramoviçin prezidenti olduğu “Çelsi” və nəticələrinin zirvəsində olan “Barselona” ilə “Mançester Siti”ni xatırlatdığını söyləyib:

“Liverpul”un Premyer Liqanın “qalaktikos”una (“Real”a) çevrilməsi Aleksander İsakın transferindən sonra tamamlandı. Klubun Yurgen Kloppun fəaliyyəti dövründə səmərəli oynadığı autsayder kartı aktuallığını itirdi”.

Ümumilikdə, “Liverpul” yay transfer dövründə yeni oyunçular üçün 400 milyon funt-sterlinq xərcləyib. Komanda son İngiltərə çempionudur.

Bir gün əvvəl isveçli hücumçu Aleksander İsakın 144 milyon avroya komandaya qoşulduğu məlum olub.

Digər Xəbərlər
Xəbər Lenti