
İtaliya millisinin qapıçısı Canluici Donnarumma “Mançester Siti” ilə 5 illik müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, sözləşmənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
İngiltərə klubu Donnarumma üçün PSJ-yə 30 milyon funt sterlinq (təxminən 35 milyon avro) ödəyib.
26 yaşlı qolkiper PSJ-də dörd mövsüm çıxış edib və bu müddətdə 10 titula sahib olub. O, həmçinin, ötən mövsüm UEFA Çempionlar Liqasını qazanıb və dörd dəfə Liqa 1 çempionluğu yaşayıb.