Transferlərə 481,9 milyon avro xərcləyən klubla oynayacaq - “Qarabağ”

3 Sentyabr 2025 12:00 İngiltərə 785
Transferlərə 481,9 milyon avro xərcləyən klubla oynayacaq - “Qarabağ”

“Liverpul” yay transfer pəncərəsində ciddi xərclər edib.

Sportinfo.az “transfermarkt”-a istinadən xəbər verir ki, “qırmızılar” bu yay yeni oyunçulara 481,9 milyon avro sərf ediblər.

Ən bahalı transferlər bunlardır:

Aleksander İsak – 144 milyon avro

Florian Virts – 125 milyon avro

Huqo Ekitike – 95 milyon avro

Miloş Kerkez – 46,9 milyon avro

Ceremi Frimponq – 40 milyon avro

Covanni Leoni – 31 milyon avro

Müdafiəçi Mark Quehinin “Kristal Palas”dan transferi baş tutsaydı, xərclər 500 milyon avronu ötə bilərdi.

Səudiyyə Ərəbistanı liqasının klubları yay transferlərinə cəmi 473,52 milyon avro xərcləyiblər, amma onların transfer pəncərəsi hələ 9 gün açıqdır.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"