Premyer Liqa nəhəngi millinin qapıçısını transfer etdi - FOTO

2 Sentyabr 2025 18:20 İngiltərə 767
Premyer Liqa nəhəngi millinin qapıçısını transfer etdi - FOTO

"Mançester Yunayted" daha bir transfer gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, Mançester klubu qolkiper Senne Lammenslə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Belçika millisinin qapıçısı üçün "Antverpen" 21 milyon avro alıb, əlavə bonuslar da nəzərdə tutulub.

Lammens Belçika klubunda ötən mövsüm ümumilikdə 44 oyun keçirib və qapısında 56 qol görüb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"