“Milan”a keçməyə yaxındır - “Liverpul”un müdafiəçisi

2 Sentyabr 2025 00:10 İngiltərə 495
“Milan”a keçməyə yaxındır - “Liverpul”un müdafiəçisi

“Liverpul”un müdafiəçisi Co Qomes karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” ingiltərəli futbolçunun transferi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.

Sözləşmə “qırmızı-qaralar”a 15 milyon avroya başa gələcək. 28 yaşlı müdafiəçi A Seriyası klubu ilə müddəti 2029-cu ilin ortalarına qədər olan müqavilə imzalayacaq.

Qomes 2015-ci ildən “Liverpul”un formasını geyinir. O, “qırmızılar”ın heyətində 243 oyunda iştirak edib, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

“Liverpul”un Co Qomesi satmaq qərarını Mark Quehini (“Kristal Pelas”) heyətə cəlb etdikdən sonra verəcəyi bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"