“Mançester Siti”nin qapıçısı ilə razılığa gəldi - “Fənərbaxça”

12:20 İngiltərə 202
“Mançester Siti”nin qapıçısı ilə razılığa gəldi - “Fənərbaxça”

“Fənərbaxça” qapıçı transferini həll edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Siti”nin qolkiperi Edersonla razılığa gəlib.

“Şəhərlilər” 32 yaşlı futbolçunun gedişinə görə 13–14 milyon avro qazanacaq. Braziliyalı oyunçu da “Fənər”in təklifini qəbul edib.

Onun yerini “Mançester Siti”də artıq yeni qapıçı tutacaq. Pep Qvardiolanın komandası PSJ-dən Canluici Donnarummanı heyətinə qatmağa hazırlaşır.

Ederson 2017-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur. O, bu müddətdə 6 dəfə Premyer Liqanın qalibi olub və bir dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti