“O, qapıçı deyil, başa düşmür, əlləri ilə zəif oynayır, instinkti yoxdur, qəzadır”

18:40 İngiltərə 370
“O, qapıçı deyil, başa düşmür, əlləri ilə zəif oynayır, instinkti yoxdur, qəzadır”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Pol Parker komandanın qolkiperi Andre Onana haqqında sərt danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, kamerunlu futbolçunu qapıçı hesab etmədiyini bildirib:

“Bu, sadəcə, fəlakətdir. Məsələ burasındadır ki, o, qapıçı deyil.

Mövqe seçmək prinsipini başa düşmür, əlləri ilə zəif oynayır, qapıçı instinkti yoxdur, qapıda qəzadır”.

Onananı komandaya ötən il qovulan keçmiş baş məşqçi Erik ten Haq gətirib. 29 yaşlı futbolçu daha əvvəl “İnter” və “Ayaks”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti