Rekord qiymətə hücumçu transfer etdi - Premyer Liqa mənsubu

31 Avqust 2025 12:45 İngiltərə 1 169
Rekord qiymətə hücumçu transfer etdi - Premyer Liqa mənsubu

“Ştutqart”ın hücumçusu Nik Voltemade “Nyukasl”a transfer olunub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar” 23 yaşlı futbolçunun keçidini rəsmən təsdiqləyib və bu transferin klub tarixində rekord sayıldığını bildirib.

Voltemade “Nyukasl”la uzunmüddətli müqavilə imzalayıb. Mətbuatda yayılan məlumatlara görə, ingilislər onun üçün 85 milyon avro əsas məbləğ, əlavə olaraq isə 5 milyon avro bonus ödəyəcək.

Almaniyalı futbolçu ötən mövsüm Bundesliqada 28 oyunda meydana çıxaraq, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"