İsveçrəli müdafiəçi ilə əlaqəli ilkin danışıqlar apardı - Premyer Liqa mənsubu

30 Avqust 2025 01:40 İngiltərə 497
İsveçrəli müdafiəçi ilə əlaqəli ilkin danışıqlar apardı - Premyer Liqa mənsubu

“Tottenhem” müdafiə xəttini gücləndirmək üçün “Mançester Siti”nin futbolçusu Manuel Akanjini heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “GiveMeSport” məlumat yayıb.

London klubu artıq “şəhərlilər”lə ilkin danışıqlar aparıb, ancaq təfərrüatlar açıqlanmayıb. “Tottenhem” yay transfer pəncərəsi bağlanmadan mərkəz müdafiəçisi almaqda israrlıdır.

Klubun rəhbərliyi Akanjini ideal seçim hesab edir, çünki o, həm mərkəzdə, həm də müdafiənin cinahlarında çıxış edə bilir.

“Tottenhem”in baş məşqçisi Tomas Frank İsveçrə millisinin üzvü olan 29 yaşlı futbolçunun böyük pərəstişkarıdır.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"