
Uzun müddətdir adı “Arsenal”la hallanan Martin Subimendi London klubuna keçməyə yaxındır.
Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, son günlər “Real”ın da ispaniyalı yarımmüdafiəçiyə maraq göstərdiyi bildirilmişdi.
Ancaq görünür, 26 yaşlı futbolçu seçimində qərarını verib.
Subimendinin “Arsenal”a transferi son mərhələyə çatıb. Tərəflər artıq ilkin sənədləri imzalayıblar və futbolçunun tibbi müayinədən uğurla keçməsi gözlənilir.
Hansısa bir problem aşkarlanmasa, transfer rəsmiləşəcək.
“Arsenal” və “Real Sosyedad” futbolçunun müqaviləsindəki 60 milyon avroluq transfer bəndinə uyğun şəkildə ödəniş strukturunu razılaşdırıblar. Beləliklə, Subimendi tezliklə “topçular”ın heyətində çıxış edə bilər.