Portuqaliyalı müdafəçi “Mançester Yunayted” yolunda - Azad agent kimi

28 May 18:40 İngiltərə 607
Portuqaliyalı müdafəçi “Mançester Yunayted” yolunda - Azad agent kimi

“Vulverhempton”un müdafiəçisi Nelson Semedo İngiltərənin başqa bir klubunda oynaya bilər.

Sportinfo.az “Football Transfers”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.

31 yaşlı oyunçu yayda sərbəst agent kimi “qırmızı şeytanlar”ın heyətinə qoşula bilər.

O, 2024/25 mövsümündə “Vulverhempton”un heyətində 38 oyunda iştirak edib, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Mançester Yunayted” Premyer Liqada cari mövsümü turnir cədvəlinin 15-ci, “Vulverhempton” isə 16-cı pilləsində başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti