Alman üçün 100 milyon avronu aşan təklif - Premyer Liqa nəhəngindən

28 May 00:20 İngiltərə 151
Alman üçün 100 milyon avronu aşan təklif - Premyer Liqa nəhəngindən

“Liverpul” Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts üçün ilk rəsmi təklifini göndərib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” almaniyalı futbolçuya görə bonuslar daxil olmaqla 100 milyon avrodan çox məbləğ təklif edib.

Virts Mersisayd klubunun rəhbərliyinə yalnız “Liverpul”a keçmək istədiyini açıq şəkildə bildirib. Tərəflər arasında danışıqlar hələ davam edir.

22 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 45 oyunda iştirak edərək, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti