
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə klubundakı gələcəyi ilə bağlı qərar verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandada qalmaq qərarı alıb və o, artıq bu barədə futbolçuları məlumatlandırıb.
Amorim 2024-cü ilin noyabrından İngiltərə komandasına rəhbərlik edir.
Tərəflər arasında müqavilə 2027-ci ilin yayında başa çatacaq.
“Mançester Yunayted” bir neçə gün əvvəl Avropa Liqasının finalında “Tottenhem”ə 0:1 hesabı ilə məğlub olub. “Qırmızı şeytanlar” İngiltərə çempionatının turnir cədvəlində 16-cı yeri tutur.