Fransa millisinin qapıçısı üçün rəsmi müraciət etdi - “Mançester Yunayted”

24 May 22:00 İngiltərə 479
Fransa millisinin qapıçısı üçün rəsmi müraciət etdi - “Mançester Yunayted”

“Mançester Yunayted” “Milan”ın və Fransa millisinin qapıçısı Mayk Menyanı transfer etmək imkanını ciddi şəkildə araşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” artıq 29 yaşlı qolkiperin vəziyyəti ilə bağlı İtaliya klubuna rəsmi sorğu göndərib.

İngilislər yay transfer dönəmində qapı xəttində ciddi dəyişikliklərə getməyi planlaşdırır. Daha əvvəl Andre Onana və Altay Bayındırın komandadan ayrılacağı ilə bağlı xəbərlər yayılmışdı.

Fransalı futbolçu bu mövsüm “Milan”ın heyətində 52 oyuna çıxıb və 14 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!