
2024/25-ci illər mövsümünün İngiltərə Premyer Liqasındakı ən yaxşı baş məşqçilərinin reytinq siyahısı açıqlanıb.
Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, siyahının birinci pilləsində “Liverpul”u çempionluğa daşıyan Arne Slot qərarlaşıb.
İkinci yeri mövsüm ərzində “Nottingem Forest”lə uğurlu çıxış edən Nuno Espiritu Santo tutub. İlk üçlüyü isə “Nyukasl”ın çalışdırıcısı Eddi Hou tamamlayıb.
“Ən yaxşı onluğ”a həmçinin, Unay Emeri (“Aston Villa”), Tomas Frank (“Brentford”), Vitor Pereyra, Fabian Hürtseler, Mikel Arteta (“Arsenal”), Enzo Mareska (“Çelsi”) və Andoni İraola (“Bornmut”) da daxil olub.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “ilk onluq”dan kənarda qalıb.