COP29

Özbəkistanlı müdafiəçinin transferinə “yaşıl işıq” yandırdı - 50 milyon avro təklif etdi

11 Yanvar 00:10 İngiltərə 320
Özbəkistanlı müdafiəçinin transferinə “yaşıl işıq” yandırdı - 50 milyon avro təklif etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Lans”ın müdafiəçisi Abdukodir Xusanovun transferini təsdiqləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl “şəhərlilər”in Fransa klubuna bonuslar da daxil olmaqla 50 milyon avro təklif etdiyi məlum olub.

Özbək futbolçunun özü də ona uzunmüddətli müqavilə təklif edən “Mançester Siti”yə keçidi səbirsizliklə gözləyir.

20 yaşlı Xusanov 2023-cü ildən “Lans”da çıxış edir. Onun bu klubla müqaviləsi 2027-ci ilə qədərdir. O, bu mövsüm komandasının heyətində bütün turnirlərdə 16 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!