COP29

"Mən dəfələrlə demişəm ki, çempionluqdan danışa bilmərik"

9 Dekabr 2024 10:00 İngiltərə 318
"Mən dəfələrlə demişəm ki, çempionluqdan danışa bilmərik"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola növbəti dəfə Premyer Liqanın çempionluq yarışı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mən dəfələrlə demişəm ki, çempionluq yarışından danışa bilmərik. Bu yaxınlarda ardıcıl dörd görüşdə məğlub olduq, indi isə heç-heçə etdik.

Hər növbəti oyunda qalib gəlməyə çalışaraq, addım-addım irəli getməlisən.

Mövsümün son ayında nə baş verdiyini görərik. Bunlar bizim hazırkı reallıqlarımızdır”.

"Şəhərlilər” 15 turdan sonra 27 xal toplayıb və lider “Liverpul”dan 8 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti