![Transferlərə nə qədər pul ayıracağı məlum oldu – Premyer Liqanın çempionunun](https://www.sportinfo.az/media/2024/12/03/ms.jpg)
“Mançester Siti” rəhbərliyi komandanın son vaxtlardakı uğursuz nəticələrindən ciddi narahatdır.
Sportinfo.az “Daily Star”-a istinadən xəbər verir ki, “şəhərlilər” yanvardakı transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. Rəhbərlik yeni oyunçular üçün təxminən 240 milyon avro ayıracaq.
“Mançester Siti”nin transfer hədəfləri arasında bu oyunçular var: Viktor Gyökeres, Bruno Gimarayş və Martin Subimendi.
Pep Qvardiolanın yetirmələri son matçında səfərdə “Liverpul”a məğlub olub (0:2). Onun komandası Premyer Liqanın 13 turundan sonra 22 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.