Gələn ilin yayında yeni müqavilə üçün danışıqlara başlamağı planlaşdırırlar

7 Noyabr 2024 12:00 İngiltərə 546
Gələn ilin yayında yeni müqavilə üçün danışıqlara başlamağı planlaşdırırlar

“Liverpul” müdafiəçisi Endi Robertsonla bağlı qərar verib.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, Mersisayd klubu gələn ilin yayında yeni müqavilə üçün şotlandiyalı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.

Robertsonun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. 30 yaşlı müdafiəçi “Liverpul”un heyətində 311 oyun keçirib, 11 qol vurub və 65 məhsuldar ötürmə verib.

“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM