“Mançester Siti” “Qarabağ”ın rəqibinə uduzdu, kubokla vidalaşdı - VİDEO

1 Noyabr 2024 10:20 İngiltərə 662
“Mançester Siti” “Qarabağ”ın rəqibinə uduzdu, kubokla vidalaşdı - VİDEO

İngiltərə Liqa Kubokunun 1/8 final oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, “Tottenham Hotspur” doğma meydanda “Mançester Siti”ni qəbul edib.

Qarşılaşma Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”a rəqib olan “Tottenhem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 5-ci dəqiqəsində ev sahiblərinin heyətində alman hücumçu Timo Verner hesabı açıb. O, isveçli Deyan Kuluşevskinin ötürməsini qola çevirib.

Matçın 25-ci dəqiqəsində “Tottenhem”in yarımmüdafiəçisi Papa Matar Sarr meydan sahiblərinin ikinci qoluna imza atıb.

İlk hissəyə əlavə olunmuş vaxtda portuqaliyalı yarımmüdafiəçi Mateus Nunes “Mançester Siti”nin yeganə qolunu vurub.

Bu nəticə ilə Pep Qvardiolanın komandası turnirlə vidalaşıb. “Tottenhem” isə adını 1/4 finala yazdırıb.

İngiltərə Liqa Kubokunun hazırkı qalibi finalda “Çelsi”ni 1:0 hesabı ilə məğlub edən “Liverpul”dur.

Oyunun qısa icmalını təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”